Rusiyaya qarşı yeni sanksiyalar

Rusiyaya qarşı yeni sanksiyalar
  19 Mart 2016    Oxunub:2864
Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdiyini açıqlayıb.
AzVision.az TASS agentliyinə istinadən bildirir ki, bu bəyanatla Kanadanın xarici işlər naziri Stefan Dion çıxış edib.

Onun sözlərinə görə, yeni sanksiyalar 10 hüquqi və 2 fiziki şəxsə şamil olunur. Bəyanatda əlavə sanksiyaların Ukraynadakı vəziyyətlə bağlı olduğu bildirilir.

“Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları tam həcmdə yerinə yetirilənədək qüvvəsində qalacaq”, - S.Dion belə deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti