Administrasiya rəhbərinin arvadı və qızı qəzada öldü

Administrasiya rəhbərinin arvadı və qızı qəzada öldü
  19 Mart 2016    Oxunub:3844
Rostov-na-Donu şəhərində qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus təyyarədə Azov rayon Administrasiyası rəhbəri Valeriy Bevzyukun həyat yoldaşı və qızı həlak olub.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar Dubaydan istirahətdən qayıdırmış.

Bildirilib ki, qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlər Rusiya, Ukrayna, Qazaxıstan və Hindistan vətəndaşları olub.



Qeyd edək ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb pis hava şəraiti olub. Qəza nəticəsində 61 nəfər ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti