Qəzada ölənlərin siyahısı - FOTOLAR

Qəzada ölənlərin siyahısı - FOTOLAR
  19 Mart 2016    Oxunub:5607
Rusiyanın Rostov-Don vilayətinin aeroportunda qəzaya uğramış Dubayın “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsində 62 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, ölənlərin 7-si heyət üzvü olub. Onlardan biri Rusiya vətəndaşı (Maksim Audrus), digərləri isə əcnəbidir - Sokratous Aristos, Alava Kruz Alexandro, Kurbelo Karo Javyer Alexandro, Konfait Alex Dominik Yoram, Delakrus Laura Patrisiya, Nazirdinova Julduz.

Eyni zamanda qəzada həlak olanların tam siyahısı da dərc edilib. Onlardan 14-ü xarici ölkə vətəndaşdıır.



Artıq martın 21-də Rostovda matəm elan olunub. Bundan əlavə qəzada həlak olan heyət üzvünün şəkilləri paylaşılıb.

Qeyd edək ki, Dubaydan Rostova uçan təyyarənin qəzaya uğraması səbəb mürəkkəb hava şəraiti olub. Təyyarə birinci dəfə zolağa enə bilməyib, ikinci cəhd zamanı qəza baş verib. Yerə çırpılan təyyarə yanaraq parçalanıb.

İlkin Nəcəfzadə
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti