Təyyarə qəzasında azərbaycanlı ölməyib - Rəsmi

Təyyarə qəzasında azərbaycanlı ölməyib - Rəsmi
  19 Mart 2016    Oxunub:3263
Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya ilə yanaşı, Azərbaycan, Ukrayna və Hindistan vətəndaşları da olub.
Bu barədə AzVision.az “rostov.kp.ru” saytına istinadən xəbər verir.

Məlumata əsasən qəza zamanı 8 xarici vətəndaş həlak olub. Qəzada Azərbaycan vətəndaşının da öldüyü bildirilir. Hələlik həmin şəxsin kimili açıqlanmayıb.

Faktla bağlı araşdırmalar davam edir.

***

Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı olmayıb.

Səfirlik tərəfindən bu barədə araşdırma aparılıb, təyyarədə Azərbaycan vətəndaşının olmadığı məlum olub.

Qeyd edəki ki, “Dubay –Rostov” reysi ilə uçan Boing 738” təyyarəsi gecə saatlarında qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəza nəticəsində 62 nəfər ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti