İstanbulda dəhşətli terror - 5 ölü, çoxlu yaralı var (Yenilənib + Video)

İstanbulda dəhşətli terror - 5 ölü, çoxlu yaralı var (Yenilənib + Video)
  19 Mart 2016    Oxunub:7952
İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İstanbul valisi Vasip Şahin deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 3-ü ağır olmaqla 20 nəfər yaralanıb.

O, partlayışın kamikadze tərəfindən törədildiyini bildirib.

"CNN Türk" qeyd edib ki, terrorçu insanların sıx olduğu yerdə özünü partlatmaq istəsə də, üzərindəki qurğu tez işə düşüb. Terrorçunun əsl hədəfi bilinmir.

**

İstanbulda baş verən partlayış nəticəsində 2 nəfər ölüb.

Türkiyə mətbuatının yaydığı son məlumata görə, partlayış zamanı biri ağır olmaqla 5 nəfər yaralanıb.

Partlayışın terror aktı olduğu ehtimal edilir.

Hadisəni törədən şəxslərin yaxınlıqda olacağı ehtimal edildiyindən, polis küçələrdə yoxlamalara başlayıb.

Hazırda xeyli sayda polis əməkdaşı, təcili yardım maşınları və yanğınsöndürənlər hadisə yerinə cəlb olunub. Əraziyə havadan helikopterlərlə nəzarət həyata keçirilir.

***

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış İstiqlal küçəsində qeydə alınıb.

"Qalatasaray" və "Taksim" meydanlarından bulvara girişlər də bağlanıb. Hazırda əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.

Əraziyə vətəndaşların daxil olmasına icazə verilmir.

Partlayışla bağlı hələ ki, rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, İstanbula gələn turistlər ən çox bu ərazidə olur.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti