Kerri Moskvaya səfər edəcək

Kerri Moskvaya səfər edəcək
  19 Mart 2016    Oxunub:2463
ABŞ dövlət katibi Con Kerri martın 22-25-də Moskvaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Amerika Dövlət Departamenti məlumat yayıb.

Məlumata əsasən, Kerri səfər çərçivəsində Rusiya rəsmiləri ilə görüşəcək. Danışıqlarda Suriya və İŞİD-lə mübarizə məsələlərinin müzakirəsinə geniş yer veriləcək.

Dövlət Departamentindən verilən məlumata görə, Rusiyaya səfər, Kerrinin martın 21-22-də Kubaya planlaşdırılan səfərindən sonra reallaşacaq. Məlumatda o da xüsusi vurğulanır ki, Kerri Moskvaya prezident Vladimir Putinlə görüşmək üçün gedir.

Dövlət katibi hesab edir ki, indi Suriya münaqişəsini bitirmək, Ukrayna məsələsini aktuallaşdırmaq və ikitərəfli bir çox məsələləri çözmək üçün ən münasib vaxtdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti