İstanbulda yaralılar arasında azərbaycanlı var?

İstanbulda yaralılar arasında azərbaycanlı var?
  19 Mart 2016    Oxunub:3155
Azərbaycanın Türkiyədəki diplomatik missiyaları İstanbulda baş vermiş partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.

Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti