ATƏT DTİHB-nin direktoru əfv sərəncamını alqışladı

ATƏT DTİHB-nin direktoru əfv sərəncamını alqışladı
  19 Mart 2016    Oxunub:2625
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Georq Link Azərbaycan Prezident İlham Əliyevin 140-dan çox məhbusa şamil edilən əfv sərəncamını alqışlayıb.

AzVision.az ATƏT-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, M.G.Link əfv sərəncamını Azərbaycanın ATƏT-in öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müsbət addım adlandırıb.

O, rəhbərlik etdiyi təşkilatın insan haqları sahəsindəki proqramlar və öhdəliklərin həyata keçirilməsində Azərbaycanla sıx işləməyə davam edəcəyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti