Obama bu gün Kubaya gedir - Tarixi səfər

Obama bu gün Kubaya gedir - Tarixi səfər
  20 Mart 2016    Oxunub:2286
ABŞ prezidenti Barak Obama bu gün Kubaya səfər edəcək.
AzVision.az xəbər verir ki, Obama, adaya səfər edəcək ikinci ABŞ prezidenti olacaq.

Kubaya ilk dəfə 1928-ci ildə Calvin Coolidge səfər edib.

Obamanın Kubanın rəhbəri Raul Kastro ilə danışıqlar aparacağı və yerli televiziya ilə çıxış edəcəyi planlaşdırılıb.

Ağ Ev başçısının Kubanın əfsanəvi lideri Fidel Kastro ilə görüşü nəzərdə tutulmayıb.

Vaşinqton və Havana keçən ilin iyul ayında diplomatik münasibətləri bərpa ediblər və ABŞ 54 illik fasilədən sonra səyahət və ticarət qadağalarını aradan qaldırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti