Qəzada ölənlərin ailələrinə 20 min veriləcək

Qəzada ölənlərin ailələrinə 20 min veriləcək
  20 Mart 2016    Oxunub:2520
`FlyDubai` şirkəti aviaqəzadə dünyasını dəyişmiş sərnişinlərin ailələrinə 20 min dollar təzminat ödəyəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 61 nəfər ölüb.

“Flydubai” aviaşirkətinə məxsus “Boeing-738” təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb. Ölənlərdən 6-ı ekipaj üzvüdür.

Yayılan ilkin məlumatalara əsasən, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. Təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə xaricilər olub.

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir. Təyyarənin Dubay - Rostov marşrutu üzrə uçduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti