Türkiyədə Novruza görə təhlükəsizlik gücləndirildi

Türkiyədə Novruza görə təhlükəsizlik gücləndirildi
  20 Mart 2016    Oxunub:1988
Türkiyə hökuməti Novruz bayramı ilə əlaqədar olaraq ölkə ərazisində güclü təhlükəsizlik tədbirləri həyata keçirir.
AzVision.az xəbər verir ki, İzmirdə keçirilmiş antiterror əməliyyatlarında 19 nəfər həbs olunub. On nəfərin axtarıldığı bildirilir. Rəsmi məlumata görə, artıq bir qismi zərərsizləşdirilmiş terrorçu qrup Novruz şənliklərinə hücum etmək, yanğın və digər metodlarla terror törətmək planlaşdırırmış.

Digər antiterror əməliyyatı isə Adıyaman vilayətində keçirilib. Şübhəli qismində saxlanılan 9 nəfərlik qrupdan 6-sı həbs edilib.

Qeyd edək ki, martın 19-u da daxil olmaqla İstanbulda nəzərdə tutulan bir neçə böyük Novruz şənliyi ləğv olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti