Papa İnstagramda: `Mənim üçün dua et`

 Papa İnstagramda: `Mənim üçün dua et`
  20 Mart 2016    Oxunub:1666
Katolik dünyasının ruhani lideri Papa Fransisko Twitterdən sonra İnstagram səhifəsində qeydiyyatdan keçib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Papanın sözçüsü açıqlama verib.

İnstagramda "@franciscus" adı ilə qeydiyyatdan keçən Fransisko dua edərkən çəkilmiş bir fotosunu `Mənim üçün dua et` başlığı ilə paylaşıb.

Papa, Twitter hesabından İnstagrama qatılmasıyla bağlı da bir mesaj paylaşıb.

“Tanrının şəfqət və mərhəmət yolunda sizinlə birlikdə addımlamaq üçün İstagramda yeni bir səfərə çıxdım”, -deyə Francisko bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti