İstanbulda terror törədən şəxsin adı açıqlandı

İstanbulda terror törədən şəxsin adı açıqlandı
  20 Mart 2016    Oxunub:2958
Ötən gün İstanbul şəhərinin Beyoğlu rayonunda terror aktı törədən kamikadzenin adı məlum olub.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, İstiqlal küçəsində özünü partladan terrorçunun 24 yaşlı Mehmet Öztürk olduğu məlum olub.

Terrorçunun ailə üzvlərindən alınan qan testləri ilə onun kimliyini müəyyən etmək mümkün olub.

Qeyd edək ki, dünən İstanbulda kamikadzenin özünü partlatması nəticəsində 5 nəfər ölüb, xeyli insan yaralanıb. Yaralıların 3-ü İsrail vətəndaşıdır. Yaralılar İstanbulun 4 ayrı xəstəxanasına yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti