Millət vəkili Qazaxıstanda seçkini müşahidə edir

Millət vəkili Qazaxıstanda seçkini müşahidə edir
  20 Mart 2016    Oxunub:2659
Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev növbədənkənar seçkiləri müşahidə etmək üçün Qazaxıstana gedib.

Millət vəkili yerli telekanallara verdiyi müsahibədə bildirib ki, seçki prosesi şəffaf və demokratik keçirilir: “Artıq Azərbaycan parlamentində Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupu formalaşdırılıb. Gözləyirik ki, seçkilərdən sonra Qazaxıstan parlamentində Qazaxıstan-Azərbaycan dostluq qrupu formalaşsın ki, biz ikitərəfli fəaliyyətimizə başlayaq və əlaqələrimizi gücləndirək”.

Adil Əliyev daha sonra vurğulayıb ki, Azərbaycan parlamentində Qazaxıstanla bağlı dostluq qrupuna xeyli sayda üzvlərin təyin edilməsi Milli Məclisin bu ölkənin qanunverici orqanı ilə əlaqələrin inkişafında marağını göstərir.

Millət vəkili qeyd edib ki, bu baxımdan İki dövlət arasında ildən-ilə əlaqələrin dərinləşməsində parlamentlərarası dostluq qrupunun üzərinə mühüm vəzifələr düşür.

Adil Əliyev bildirib ki, Azərbaycanın Qazaxıstandakı səfirliyində keçirdiyi görüşlərdə də yeni seçiləcək parlament üzvlərindən ibarət dostluq qrupu ilə əlaqələrin koordinasiya edilməsi, o cümlədən, bu sahədə digər perspektiv planlar barədə geniş müzakirələr aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri, eləcə də bir sıra vəzifəli şəxslərlə görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf perspetviləri müzakirə edilib.



Teqlər:





Xəbər lenti