Merkel 4 min tona yaxın qızılı geri qaytarır

Merkel 4 min tona yaxın qızılı geri qaytarır
  20 Mart 2016    Oxunub:4501
Almaniya Mərkəzi Bankı (Bundensbank) 2020-ci ilə qədər xaricdəki 3 min 400 ton qızıl ehtiyatının yarısını ölkəyə gətirməyi planlaşdırır.

AzVision.az xəbər verir ki, bunu bankın rəbhbəri Yens Vaydman deyib. Onun sözlərinə görə, 2020-ci ilə kimi Almaniyaya 674 ton qızıl gətiriləcək:

“Bunun da 300 tonu Nyo-Yorkdan, 374 tonu isə Parisdən gətiriləcək qızılların payına düşür. Amma yenə də qızılların böyük bir hissəsi ABŞ-da, bir qismi isə İngiltərədə qalacaq. Fransadakı qızıl anbarı isə tamamilə boşaldılaraq, Almaniyaya aparılacaq”.

Qeyd olunub ki, AMB-nin bu qərarı maliyyə əsaslıdır və Bundensbankın ehtiyatlarına daha çox nəzarət etmək istəyi ilə əlaqədardır.

Qeyd edək ki, Almaniyanın qızıl ehtiyatının ümumi dəyəri 140 milyard dollardır. Almaniya soyuq müharibə illərində SSRİ tərəfindən işğal olunması təhlükəsi olduğu üçün sahib olduğu qızıllarını Qərb ölkələrinə daşımaq qərarına gəlib. Amma artıq Almaniya üçün belə bir təhlükə yoxdur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti