İsraildən Türkiyəyə terror xəbərdarlığı

İsraildən Türkiyəyə terror xəbərdarlığı
  20 Mart 2016    Oxunub:2871
İsrail terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına mümkün terror aktları ilə əlaqədar Türkiyəyə səfər etməməyi məsləhət görüb.
AzVision.az xəbər verir ki, İsrail Türkiyəni “potensial təhlükə” ölkə səviyyəsindən çıxararaq “təhlükəli” ölkə səviyyəsinə qaldırıb.

Qeyd olunub ki, martın 19-da İstanbulun İstiqlal prospektində törədilən terror aktı nəticədə İsrail vətəndaşlarının ölməsi bu ölkənin daha da təhlükəli olduğunu deməyə əsas verir: “Növbəti terror aktının baş verə biləcəyi təhlükəsi ilə vətəndaşlarımızın Türkiyəyə səfər etməkdən çəkinməyi çağırırıq”.

Qeyd edək ki, İstanbulda törədilən terror nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti