Türkiyədə xüsusi əməliyyat - həbs olunanlar var

Türkiyədə xüsusi əməliyyat - həbs olunanlar var
  20 Mart 2016    Oxunub:2806
Türkiyədə hüquq-mühafizə orqanlarının bütün əməkdaşları İstanbuldakı terror aktından sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin Daxili işlər naziri Efkan Ala bildirib. Onun sözlərinə görə, ölkənin cənub-şərqində yerləşən 7 rayonda komendant saatı tətbiq edilib.

O, əlavə edib ki, artq İzmir şəhərində keçirilmiş antiterror əməliyyatlarında 19 nəfər həbs olunub. Terrorçu qrup Novruz şənliklərinə hücum etmək və terror törətməyi planlaşdırırmış. Hazırda daha 10 nəfər axtarılır.

Qeyd edək ki, İstanbulda törədilən terror nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti