İstanbulda daha bir bomba ajiotajı - VİDEO

İstanbulda daha bir bomba ajiotajı - VİDEO
  21 Mart 2016    Oxunub:2584
Türkiyənin İstanbul şəhərinin Atatürk hava limanında VİP terminalının önündəki şübhəli avtomobil polisin diqqətini çəkib.
Avtomobilin polisə verilən gizli məlumatda göstərilən bütün əlamətlərə uyğun gəlməsi çaxnaşmaya səbəb olub.

Əraziyə dərhal bombanın məhvi üçün mütəxəssislər, xilasetmə və təcili yardım qrupları sövq edilib. Polis tərəfindən avtomobilin kapotu və qapıları açılıb, xüsusi təyinatlı köpəklərlə bomba axtarışına başlanıb.

Düzdür, bombaya rast gəlinməyib, amma araşdırma zamanı həmin avtomobilin 2015-ci ildə Vanda oğurlandığını ortaya çıxıb.(Ans)




Teqlər:





Xəbər lenti