Nazarbayevin partiyası seçkidə qalib gəldi

Nazarbayevin partiyası seçkidə qalib gəldi
  21 Mart 2016    Oxunub:2512
Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə başa çatıb, səslərin sayılmasına başlanılıb.
AzVision.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, seçkilərdə seçicilərin 75 faizdən çoxu iştirak edib.

Ekzit-polların nəticələrinə görə parlamentə 7 faizdən çox səs toplayan üç partiya keçir.

İlkin nəticələrə əsasən hakim “Nur Otan” partiyası 82 faiz, "Ak jol” demokratik partiyasi 7,22 faiz, kommunist partiyası isə 7, 17 faiz səs toplayıb.

Prezident Nursultan Nazarbayev seçkilərin şəffaf və ədalətli keçirildiyini bildirib. Ölkə başçısı, həmçinin öz tərəfdarlarını qələbə münasibəti ilə təbrik edib və bunu “Bütün Qazaxıstanın qələbəsi” adlandırıb.

Qeyd edək ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparır.




Teqlər:





Xəbər lenti