88 il sonra baş tutan tarixi səfər

88 il sonra baş tutan tarixi səfər
  21 Mart 2016    Oxunub:2341
İlk dəfə Kubaya səfər edən ABŞ prezidenti Barak Obama bu ölkənin Havanadakı səfirliyində olub.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilib.

Səfərini tarixi imkan kimi dəyərləndirən Obama qeyd edib ki, bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda atılan ilk addımdır.

Daha sonra Barak Obama yağışlı havada mərkəzi küçələrdə gəzib.

Qeyd edək ki, ABŞ-la Kuba arasında diplomatik münasibətlər ötən ilin iyulunda yarıməsrlik fasilədən sonra bərpa olunub. Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidentidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti