Trampın oğlu və bacısı təhdid edildi

Trampın oğlu və bacısı təhdid edildi
  21 Mart 2016    Oxunub:2561
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Trampın bacısı Merienn Tramp Berri anonim təhdid məktubu alıb.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Məktubda yazılanlar barədə məlumat açıqlanmır.

Federal Təhqiqatlar Bürösu (FTB) məktub barədə məlumatlı olduqlarını və əməkdaşların bu məsələ ilə bağlı araşdırmalara başladığını bildirib.

Merienn Tramp Berri Filadelfiyada (Pensilvaniya ştatı) dairə apelyasiya məhkəməsinin hakimidir.

Xatırladaq ki, martın 18-i Trampın oğlu içərisində ağ maddənin olduğu təhdid məktubu alıb. Məktubu 32 yaşlı Erik Trampın həyat yoldaşı Lara Yunaska açıb. Hadisə yerinə gələn xüsusi xidmət orqanları əməkdaşları analiz üçün ağ maddədən nümunələr götürüblər. Daha sonra ağ maddənin kimyəvi maddə olmadığı məlum olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti