Belçika səfiri Türkiyə XİN-ə çağırıldı

Belçika səfiri Türkiyə XİN-ə çağırıldı
  21 Mart 2016    Oxunub:2078
Belçikanın Ankaradakı səfiri ötən həftə Brüsseldə PKK-ya dəstək aksiyası keçirildiyinə görə Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aksiya miqrasiya üzrə Avropa İttifaqı-Türkiyə sammitinin keçirildiyi zaman baş tutub.

Məsələ ilə əlaqədar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belçikalı həmkarı Didye Reyndersə zəng edərək müvafiq tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, Kürd Fəhlə Partiyası (PKK) Türkiyə və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti