Rusiya Xəzərdə hərbi təlimlər keçirdi

Rusiya Xəzərdə hərbi təlimlər keçirdi
  21 Mart 2016    Oxunub:2329
Rusiyanın Xəzər donanması Həştərxan, Mahaçqala və Kaspiysk şəhərlərində antiterror təlimləri keçirib.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, təlimlərə 300-dən çox hərbi qulluqçu, 20-yə yaxın hərbi gəmi, kater və təchizat gəmisi cəlb olunub.

Təlimlərdə hərbçilər şərti terrorçuları mühasirəyə alıb məhv edir. Bundan başqa hərbi hissələrin ərazisində partlayıcı qurğuları aşkarlandıqda onları zərərsizləşdirmək üzrə hazırlıq keçirilib.

İlkin Nəcəfzadə


Teqlər:





Xəbər lenti