Obama ilə Raul Kastronun tarixi görüşü

Obama ilə Raul Kastronun tarixi görüşü
  22 Mart 2016    Oxunub:2883
Havanada Kuba prezidenti Raul Kastro ilə ABŞ prezidenti Barak Obama arasında görüş keçirilib.
TASS agentliyi xəbər verir ki, dövlət himnlərinin səsləndirilməsindən sonra liderlər fəxri qarovulun qarşısından keçiblər.

Danışıqlardan sonra mətbuat konfransının olacağı gözlənilir.

Bundan öncə Obama Kubanın Milli Qəhrəmanı Xose Martinin abidəsi önünə gül dəstəsi qoyub, Marti muzeyini ziyarət edib, fəxri qonaqlar üçün kitaba ürək sözlərini yazıb.

ABŞ prezidentini səfər zamanı Dövlət katibi Con Kerri, Ben Rods, Suzan Rays və Coş Ernest müşayiət edir.

Qeyd edək ki, bu, ABŞ prezidentinin 88 il ərzində Kubaya ilk səfəridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti