Terrorçuların şəklini paylaşan qız həbs olundu

Terrorçuların şəklini paylaşan qız həbs olundu
  22 Mart 2016    Oxunub:2687
İstanbulda PKK-nın təbliğatını aparmaqda ittiham edilən İtaliya vətəndaşı həbs edilib.
24 yaşlı Covanna Lançavekki şənbə günü axşam Türkiyəyə gəlib. O, İstanbulda kafelərin birində saxlanılıb. Məlumata görə, Lançavekki sosial şəbəkələrdə PKK xeyrinə təbliğat aparır, silahlı kürd döyüşçülərin şəkillərini paylaşırmış.

Hadisəyə münasibət bildirən İtaliya Konsulluq orqanları Covanna Lançavekkinin hazırda İstanbulda əcnəbilər üçün müvəqqəti saxlanma mərkəzində olduğunu və və İtaliyaya təhvil veriləcəyini deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti