Türklər Avropaya vizasız gedəcək

Türklər Avropaya vizasız gedəcək
  22 Mart 2016    Oxunub:2609
İyulun 1-dən Türkiyə vətəndaşları Avropaya vizasız səyahət edə biləcəklər.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Qeyd edilib ki, Türkiyə və Avropa Birliyi təmsilçiləri arasında razılaşma əldə edilib. Əvəzində isə Türkiyə Avropaya qaçqın axınının qarşısını alacaq.

Bu məsələyə martın əvvələrində Türkiyədə rəsmi səfərdə olan Yunanıstan Baş naziri Aleksis Çiprasın bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşündə də toxunulmuşdu.

“Yunanıstan həmişə Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyib. Həmçinin miqrant böhranı mövzusunda da həmfikirik".

Baş naziri Əhməd Davudoğlu da iyun ayından Türkiyə ilə Avropa arasında viza rejiminin ləğv olunacağını deyib.

Davudoğlu həmçinin hər iki ölkənin paytxları arasında hava nəqliyyatının təsis ediləcəyini qeyd etmişdi.

“Yunanıstan həmişə Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyib. Məsləhətləşmələr vaxtı verdiyi dəstəyə görə cənab Çiprasa təşəkkür edirəm. Şərqi Aralıq və Egey dənizlərini cazibə mərkəzinə çevirək ki, bu yerlər böhranla yox, rifahla yad edilsin”,- deyə Davudoğlu vurğulamışdı. (Ans)


Teqlər:





Xəbər lenti