Brüsseldə dəhşətli terror: 34 nəfər ölüb (Yenilənib)

Brüsseldə dəhşətli terror: 34 nəfər ölüb (Yenilənib)
  22 Mart 2016    Oxunub:5064
Brüsselin Beynəlxalq Hava limanında iki partlayış baş verib.

AzVision.az-ın məlumatına görə, partlayışın səbəbi hələlik bəlli deyil.

Hadisə nəticəsində 11 nəfər ölüb, 25-i isə yaralanıb.

Partlayışdan sonra hava limanı boşaldılıb.

***

Ən son məlumatlara görə, Brüssel aeroportu və metrosunda baş vermiş partlayışlar nəticəsində 23 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

Belçika Krallığı paytaxt Brüsseldəki terror aktlarına görə sərhədlərini bağladığını elan edib.

İki partlayışın baş verdiyi Brüssel aeroportu isə sabah saat 06:00-dək bağlı qalacaq.

***

(Saat 16:36)

Belçikanın Baş naziri Şarl Mişel partlayışları ölkə tarixinin faciəvi anları kimi səciyyələndirərək, əhalini sakit olmağa və həmrəylik göstərməyə çağırıb. Belçika Prokurorluğu isə partlayışların terrorçu kamikadzelər tərəfindən törədildiyini ehtimal edir.

Yerli mətbuatın məlumatına görə, Brüsseldəki Zaventem aeroportunda baş verən iki partlayış nəticəsində 11 nəfər ölüb, 81 nəfər yaralanıb. Brüssel metrosunun “Maalbeek” stansiyasındakı partlayış nəticəsində isə 15 nəfərin öldüyü, 55 nəfərin yaralandığı qeyd olunub.

***

Brüsseldə baş verən terror aktları nəticəsində ölənlərin sayı 34 çatıb, daha 198 nəfər yaralanıb.

Qeyd olunub ki, metro stansiyalarındakı baş verən partlayışlar nəticəsində 20 nəfər həlak olub, 106 nəfər yaralanıb, hava limanında baş verən partlayışlar nəticəsində isə 14 nəfər ölüb, 92 nəfər yaralanıb.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti