Brüsseldə daha bir partlayış - 10 nəfər ölüb (Yenilənib)

Brüsseldə daha bir partlayış - 10 nəfər ölüb (Yenilənib)
  22 Mart 2016    Oxunub:3618
Brüssel aeroportundan sonra paytaxt metrosunun “Maelbeek” stansiyasında da partlayış törədilib.

AzVision.az-ın məlumatına görə, hadisə metro stansiyanın girişində baş verib.

Partlayış nəticəsində ölən və yaralılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Belçikanın paytaxtı Bürsseldə Zaventem beynəlxalq hava limanında bu gün ard-arda baş verən iki güclü partlayış nəticəsində 11 nəfər ölüb, 25-I isə yaralanıb.

***

RTBF telekanalının məlumatına görə, sözügedən stansiyada partlayış nəticəsində ən azı bir nəfər yaralanıb.

Digər stansiyada baş verən partlayışın təfərrüatları hələ ki, açıqlanmır. Hər iki partlayış Brüssel hava limanında baş verən iki partlayışın ardından qeydə alınıb.


***

(Saat 13:20)

"i24news" nəşrinin verdiyi məlumata görə, Brüssel metrosunda 4-cü partlayış baş verib.

***

Belçikanın paytaxtı Brüsseldə metrostansiyada baş verən partlayış nəticəsində ən az 10 nəfər ölüb.

“RIA Novosti” xəbər verir ki, hadisə zamanı 15 nəfər isə yaralanıb. Partlayışlardan sonra şəhər metropoliteninin bütün stansiyaları bağlanılıb, habelə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti