Belçika sərhədləri bağladı - Fransa təşviş içində

Belçika sərhədləri bağladı -  Fransa təşviş içində
  22 Mart 2016    Oxunub:3101
Belçika Krallığı paytaxt Brüsseldəki terror aktlarına görə sərhədlərini bağladığını elan edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, iki partlayışın baş verdiyi Brüssel aeroportu isə sabah saat 06:00-dək bağlı qalacaq.

Bundan başqa Parisdə Təhlükəsizlik Şurasının təcili iclası keçirilir. Fransa Prezidenti Fransua Olland Baş nazir, daxili işlər, müdafiə və xarici işlər nazirlərini Brüsseldə baş vermiş partlayışlardan sonra vəziyyəti qiymətləndirmək üçün Yelisey sarayına toplayıb.

Bu arada, Paris aeroportlarında nəzarət tədbirləri gücləndirilib.

Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda baş vermiş partlayışlar nəticəsində 23 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti