Azərbaycanlı `vor zakon` özünü doğradı - VİDEO
“Sərnişinləri onun qanlı sifəti də narahat edib. Həmin şəxsə xəbərdarlıq edib, hər şeyin qaydasında olması ilə maraqlananda, yenə xarici dildə qışqıraraq, bıçaq çıxarıb patrul əməkdaşlarına hücum çəkib”, - polislərdən biri jurnalistlərə deyib.
İnsident yerinə əlavə qüvvə çağırılanda “qanuni oğru” bıçaqla digər patrul xidmətçisinin üstünə cumub, gözlənilmədən onun kürəyinə, özünün isə boynuna və qarnına zərbələr vurub. Dadaş Bakinski bundan sonra yıxılıb. Baş verən bu olay müşahidə kameralarında da əks olunub.
İbrahimovun qeyri-adekvat davranışını situasiya ilə tanış olan mənbə aydınlaşdırmağa çalışıb. İlkin məlumata görə, hadisə baş verən zaman “qanuni oğru” kokain təsiri altında olub, onun sifətində qan ləkələrinin olması isə polislərlə insidentə qədər öz yaxınlarından biri ilə dalaşması ilə izah olunub. Məlum olub ki, “qanun oğru” mübahisə zamanı öz opponentlərindən birinə bıçaqla ölümcül zərbə vurub.
Dadaş Bakinski hazırda Borispol rayon xəstəxanasındadır. Qətl və hüquq-mühafizə orqanı əməkdaşına sui-qəsdə cəhdə görə onun 15 il, yaxud daha çox müddətə azadlıqdan məhrum edilməsi gözlənilir.(modern.az)
AzVision.az