Türkiyə yenə şəhid verdi

Türkiyə yenə şəhid verdi
  22 Mart 2016    Oxunub:2289
Türkiyədə PKK terrorçuları növbəti dəfə polislərə hücum edib.
AzVision.az xəbər verir ki, Mardin vilayətində magistral yola PKK terrorçularının yerləşdirdikləri partlayıcı qurğu zirehli polis avtomobili hərəkət edən zaman uzaqdan idarə olunan pultla işə salınıb. Partlayış nəticəsində 1 polis şəhid olub, 3 nəfər isə xəsarət alıb.

Yaralı polislər təcili tibbi yardım maşınları ilə Mazıdağı və Mardindəki xəstəxanalara yerləşdirilib.

Hazırda polislər hücumu təşkil edən PKK-çıların tapılması üçün əməliyyatlara başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti