Brüsseldəki partlayışları İŞİD törədib

Brüsseldəki partlayışları İŞİD törədib
  22 Mart 2016    Oxunub:3247
Brüsseldəki terror aktlarını törədən qruplaşmanın adı məlum olub.
AzVision.az xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Bundan başqa Brüsseldə Zaventem aeroportu və Maelbeek metrostansiyasında törədilən terror aktları ilə bağlı Avropa ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Almaniya Berlindən Brüsselə hərəkət edəcək təyyarələrin havaya qalxmayacağını bəyan edib. Fransanın Paris, İtaliyanın Roma və Almaniyanın Frankfurt hava limanlarında, habelə Niderland-Belçika sərhədində, eyni zamanda İsveç, Norveç və Danimarkada təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda baş vermiş partlayışlar nəticəsində 23 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.


Teqlər:





Xəbər lenti