Brüsseldəki terrora Putindən sərt reaksiya

Brüsseldəki terrora Putindən sərt reaksiya
  22 Mart 2016    Oxunub:4051
Rusiya prezidenti Vladimir Putin Brüsseldə törədilən terror aktları ilə bağlı Belçika kralı Filippə başsağlığı verib.
Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

Rusiya lideri Belçika paytaxtındakı terror aktlarını pisləyərək onları heç bir bəraəti olmayan barbar cinayət adlandırıb.

Putin terrorizmin sərhədi olmadığını və bütün dünyada insanlara təhlükə olduğunu bildirib.

“Bu pisliklə mübarizədə dünya birliyinin qarşılıqlı əməkdaşlığına ehtiyac var”, deyə bildirən Putin terrorçular və onların köməkçilərin layiqli cəzalarını alacaqlarına əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda törədilən partlayışlarda 34 nəfər ölüb, 187 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti