`Putin söz verib, Savçenkonu qayatarcaq` - Poroşenko

`Putin söz verib, Savçenkonu qayatarcaq` - Poroşenko
  22 Mart 2016    Oxunub:3696
Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Kiyev Rusiya məhkəməsinin Ukrayna hərbçisi Nadejda Savçenko haqqında verdiyi qərarı tanımayacaq.
AzVision.az xəbər verir ki, Poroşenko “Twitter”-də yazdığı mesajında prosesi biabırçı məhkəmə adlandırıb.

“Ukrayna heç vaxt, vurğulayıram, heç vaxt bu “qərarı” tanımayacaq”, - deyə prezident mesajında yazıb.

Rəsmi Kiyev, həmçinin Savçenkonun Ukrayna ərazisində həbs edilən iki rus hərbçisi ilə dəyişməyi təklif edib.

“Putin Normand formantında baş tutan görüşlərdə bəyan edirdi ki, məhkəmə qərarından sonra Nadejda Savçenkonu Ukraynaya geri qaytaracaq. Verdiyi sözü yerinə yetirmək zamanı çatıb. Mən is öz növbəmdə Ukraynaya qarşı təcavüzdə iştirakına görə həbs edilən iki rus hərbçisini Rusiyaya təhvil verməyə hazıram. Məhkəmə prosesi final mərhələsindədir. Prosesin başa çatmasından sonra mən müvafiq proseduralar yolu ilə onların Rusiyaya keçməsini təmin etməyə hazıram”, - deyə Poroşenko vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib.

Savçenko “VQTRK” şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərinin qanunsuz şəkildə keçməkdə şübhəli bilinib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti