Avropa qorxu içindədir - Hər an terror ola bilər

Avropa qorxu içindədir - Hər an terror ola bilər
  22 Mart 2016    Oxunub:3289
Brüsseldə baş verən bir sıra terror hücumlarından sonra İsveç, Danimarka, Norveç və Finlandiya, Fransa və bir sıra Avropa ölkələri polis və təhlükəsizlik orqanları, hava limanları və digər ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, məlum terror aktından sonra Danimarka polisi Kopenhagen hava limanında gücləndirilmiş iş rejimində çalışır, bundan başqa şəhərin digər əsas ictimai yerlərində təhlükəsizlik orqanlarının əməkdaşları ictimai asayişi gücləndirilmiş iş rejimində qoruyurlar.

Oxşar tədbirlər İsveç, Norveç və Finlandiya polisi tərəfindən də həyata keçirilir.

Brüsseldəki terror olayından təşvişə düşən Fransa prezidenti Fransua Olland baş nazir, daxili işlər, müdafiə və xarici işlər nazirlərini Brüsseldə baş vermiş partlayışlardan sonra vəziyyəti qiymətləndirmək üçün Yelisey sarayına toplayıb. Paris aeroportlarında nəzarət tədbirləri gücləndirilib.

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə, aeroport və metro stansiyalarında baş verən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb, 198 nəfər yaralanıb.

Terror aktlarının İŞİD törəfindən törədildiyi ehtimal edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti