Belçikada üç gün matəm elan olundu

Belçikada üç gün matəm elan olundu
  23 Mart 2016    Oxunub:2648
Belçikanın paytaxtı Brüsseldə törədilən terror aktları ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərarı Belçikanın daxili işlər naziri Jan Jambon elan edib.

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə, aeroport və metro stansiyalarında baş verən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb, 198 nəfər yaralanıb.

Terror aktlarının İŞİD törəfindən törədildiyi ehtimal edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti