Saakaşvilinin xanımı və oğlu partladılan aeroportda olub

Saakaşvilinin xanımı və oğlu partladılan aeroportda olub
  23 Mart 2016    Oxunub:3768
“Həyat yoldaşım və oğlum Brüsseldə hava limanında partlayış baş verməzdən bir neçə saat öncə həmin terminalda olub”.
Bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz Facebook səhifəsində yazıb.

Saakaşvilinin yazdığına görə, ailə üzvləri terror aktı baş verməzdən öncəki reyslə uçublar: “Mən bu faciə haqda oxuyanda artıq bilirdim ki, onlar uçublar. Lakin dərhal hadisə qurbanlarının yaxınları haqda düşündüm. Çox dəhşətli faciədir və çox təəssüf edirəm ki, bu, son deyil”.

AzVision.az


Teqlər:  





Xəbər lenti