Brüsseldə aeroportu partladan terrorçuların FOTOSU

Brüsseldə aeroportu partladan terrorçuların FOTOSU
  23 Mart 2016    Oxunub:5836
Belçikanın paytaxtı Brüsseldə hava limanında baş verən partlayışları törətməkdə şübhəli bilinən iki terrorçunun görüntüləri yayılıb.
Görüntülərdə həmin şəxslərin hava limanında baqajla yüklənmiş araba ilə hərəkət etdiyi görünür.

Araşdırmalara görə, partlayışın onlar tərəfindən törədildiyi məlum olub. Belçika polisi terrorçulardan birinin cəsədini aşkar edib. Onun yanında "Kalaşnikov" avtomatı olub.

***
Belçika polisi Brüsseldə aeroportda baş verən partlayışı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb.

Ağ köynəkli, eynəkli və başında papaq olan kişi qara geyimli, hərəsinin bir əlində qara əlcək olan iki şəxsdən bir az aralı gedir.

Kişilərin şəxsiyyəti hələlik məlum deyil. Ehtimala görə, əlcəklər partlayıcı qurğunun işə gətirilməsi mexanizmini gizlədə bilər.

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə, aeroport və metro stansiyalarında baş verən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb, 198 nəfər yaralanıb.

Terror aktı ilə bağlı ölkə ərazisində 3 günlün matəm elan olunub.



AzVision.az


Teqlər:  





Xəbər lenti