Moskvada əməliyyat - ermənilər həbs edildi

Moskvada əməliyyat - ermənilər həbs edildi
  23 Mart 2016    Oxunub:16991
Moskvada Ermənistan vətəndaşı olan iki silahlı həbs edilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt polisi tərəfindən saxlanılan "Lexus" markalı avtomobilin sürücüsünün üzərində tapança aşkar edilib.

Milliyətcə erməni olan sürücü və sərnişin avtomobildə yoxlama aparılmasına narazılıq edərək polis əməkdaşlarına müqavimət göstərib. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Axtarışlar zamanı avtomobildən "Makarov" markalı tapança, parton tapılıb və hər iki erməni saxlanılıb.

Saxlanılan ermənilərin Rusiyada fəaliyyət göstərən etnik cinayətkar qrupun üzvü olduqlarını bildirilir. Onların üstü açılmamış bir çox cinayətlərdə iştirakı güman edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti