Gürcüstan sərhəd nəzarətini gücləndirib

Gürcüstan sərhəd nəzarətini gücləndirib
  23 Mart 2016    Oxunub:4224
Brüsseldə baş verən dəhşətli terror aktından sonra Gürcüstanın hava limanları və sərhədlərində nəzarət gücləndirilib.
Bu barədə mətbuata açıqlamasında Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Nino Qiorqobiani söyləyib.

O, məlum terror olayından sonra ölkənin əsas strateji obyektlərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Qeyd edək ki, bu gün Brüsseldə dörd partlayış baş verib. Teraktlar nəticəsində 34 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti