ABŞ-dan xəbərdarlıq: Avropada yeni terror aktları olacaq

ABŞ-dan xəbərdarlıq: Avropada yeni terror aktları olacaq
  23 Mart 2016    Oxunub:3262
ABŞ Dövlət Departamenti Avropada yaxın gələcəkdə yeni terror aktlarının baş verə biləcəyi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

“Terrorçu qruplaşmalar qısamüddətli perspektivdə bütün Avropa məkanında terror aktları törətməyi planlaşdırırlar, onların hədəfi idman tədbirləri, turizm obyektləri, restoranlar və nəqliyyatdır”, - deyə Departamentin yaydığı məlumatda qeyd olunur.

ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə olunub: “Dini bayramlar, hər-hansı böyük festival və tədbirlər zamanı çox ehtiyatlı olun, çalışın insanların kütləvi toplaşdığı yerlərdən aralı olun”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti