Azərbaycanlıya Dünya Bankında yüksək vəzifə verildi
Daha əvvəl Ş.Suleymanov Dünya Bankı administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb.
Evlidir, 3 övladı var.
Xatırladaq ki, Dünya Bankı – dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunub. Dünya Bankı - ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.
Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. (Ans)