Brüsseldə terror törədən şəxslərin adları açıqlandı

Brüsseldə terror törədən şəxslərin adları açıqlandı
  23 Mart 2016    Oxunub:3425
Brüssel hava limanında partlayış törətmiş terrorçu kamikadzelərin şəxsiyyəti müəyyən edilib.
Bu barədə RTBF telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Xəbərdə bildirilir ki, bunlar Bakraui qardaşlarıdır. Xalid və Brahim Bakrauilər polisə mütəşəkkil cinayətkarlıqla bağlı iş üzrə məlum olub, amma terrorla əlaqədar qeydiyyata düşməyiblər. Onlar Parisdə törədilmiş terror hadisəsinə görə həbs edilən Saleh Abdeslamla əlaqədə şübhəli bilinirdilər.

Qeyd edək ki, ötən gün Brüsseldə baş verən partlayışlarda 34 nəfər həlak olub, 200 nəfər yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti