Həmsədrlər Bakı və İrəvandan təklif gözləyir

Həmsədrlər Bakı və İrəvandan təklif gözləyir
  23 Mart 2016    Oxunub:2925
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin atəşkəs rejiminin möhkəmlənməsinə yönəlmiş istənilən təklifini dəstəkləyir.
AzVision.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, atəşkəs rejimini pozmaq cəhdləri və dinc əhali arasında itkilərin olması təlaş yaradan məsələdir:

`Xüsusəndə biz ağır artilleriyadan istifadəni pisləyirik. ATƏT-in Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Odur ki, biz tərəflərin razılaşması və atəşkəs rejiminin möhkəmlənməsinə yönəlmiş istənilən təklifi dəstəkləyirik`.

AzVision.az


Teqlər:  





Xəbər lenti