Türkiyə qırıcıları PKK-nın mövqelərini bombalayıb

Türkiyə qırıcıları PKK-nın mövqelərini bombalayıb
  23 Mart 2016    Oxunub:2655
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar PKK-nın mövqelərini bombalayıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, ötən gün Hakkari vilayətinin Şəmdinli rayonunda PKK terror təşkilatının dağlıq ərazidə yerləşən hədəflərinə qırıcı təyyarələr tərəfindən zərbələr endirilib.

Həmçinin bu gecə Şimali İraqdakı PKK düşərgələri bombalanıb. Belə ki, gecə saatlarında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 13 qırıcı təyyarə Şimali İraqdakı Hakkurk bölgəsində aşkar edilən PKK hədəflərinə zərbə endirib.

AzVision.az


Teqlər:





Xəbər lenti