`Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır` - Davudoğlu
“Biz hər şeyə rəğmən terrorla mübarizədə Avropa ilə birgə hərəkət etməkdə qərarlıyıq. Avropanın bölgədə təhlükəsizliyi qoruya bilməsi üçün Türkiyədən başqa tərəfdaşı yoxdur”.
Avropa İttifaqı və Türkiyə arasında razılaşmaya toxunan baş nazir onu da qeyd edib ki, əgər ayın 4-ə qədər Türkiyə Böyük Millət Məclisində qanunlara müvafiq dəyişikliklər qəbul edilsə, iyunun sonunda Türkiyə vətəndaşları Avropaya vizasız gedə biləcəklər.