Məşhur idmançının qardaşı terrorçu imiş

Məşhur idmançının qardaşı terrorçu imiş
  23 Mart 2016    Oxunub:3431
Ötən gün Brüsseldəki "Zaventem” beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan 3-cü şəxs ölkədə məşhur olan idmançının qardaşıdır.
Bu barədə məlumatı "Daily Mail" yayıb. Nəşr qeyd edib ki, saxlanılan Nayim Laçraui taekvondoçu, dünya çempionatında ikinci yerin sahibi olmuş Mourad Laçrauinin qardaşıdır.

Qeyd edək ki, Brüsseldə ard-arda baş verən terror aktı zamanı 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti