`ABŞ hər şeyi gözəl bilir` - Bərzani

`ABŞ hər şeyi gözəl bilir` - Bərzani
  23 Mart 2016    Oxunub:2414
"ABŞ-da PKK ilə PYD-nin eyni təşkilat olduğunu çox yaxşı bilirlər. Amma bildiklərini dilə gətirmək istəmirlər".
Bunu İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzani deyib. Onun sözlərinə görə, ABŞ hazırda İŞİD-lə mübarizəyə üstünlük verdiyi üçün bunu görməzdən gəlir.

Bərzani, həmçinin PYD-nin Suriyanın cənubunda nəzarət etdiyi ərazilərdə federasiya elan etməsi barədə qərarına münasibət bildirib:

"Suriyalıların öz aralarında ortaq bir qərar vermələri lazımdır. Kürdüstan bölgəsində federasiya elan edən zaman bunu birtərəfli qaydada etmədik".

AzVision.az


Teqlər:  





Xəbər lenti