Kerrinin kritik Moskva səfəri başladı

Kerrinin kritik Moskva səfəri başladı
  23 Mart 2016    Oxunub:2559
ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya səfəri başlayıb.
İki günlük səfər çərçivəsində ABŞ dövlət katibi Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Danışıqlarda "Suriyaya dəstək" qrupunun atəşkəs rejimi ilə bağlı səyləri, ölkədəki siyasi vəziyyət, humanitar yardımın çatdırılması ilə bağlı məsələlər və İŞİD-lə mübarizə müzakirə olunacaq.

Həmçinin, Kerri Moskva səfərində Ukraynadakı vəziyyəti və Monsk razılaşmasını tam şəkildə həyata keçirilməsini müzakirə edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti