Ərdoğandan Brüsseldəki terrorla bağlı şok açıqlama

Ərdoğandan Brüsseldəki terrorla bağlı şok açıqlama
  24 Mart 2016    Oxunub:3464
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Brüsseldə baş verən terror hadisəsi ilə bağlı sensasion bəyanatla çıxış edib.
Ərdoğan Brüsseldə terror aktı törətmiş şəxsin bir müddət əvvəl Türkiyədə saxlanılaraq gəldiyi ölkəyə deportasiya olunduğunu, lakin Belçika hüquq mühafizə orqanları tərəfindən azadlığa buraxıldığını deyib.

"2015-ci il iyulun 14-də Belçika səfirliyinə nota göndərmişdik. Lakin Belçika həmin adamı azadlığı buraxdı".

Türkiyə prezidenti Avropa ölkələrinin hakimiyyət dairələrini Türkiyənin deportasiya etdiyi şəxslərlə həddindən artıq yumşaq davrandıqlarına və terrorçulara qoşulmaq ittihamı ilə gəldikləri ölkələrə geri göndərilən potensial cinayətkarları heç nə olmamış kimi azadlığa buraxmalarına görə qinayıb.

Qeyd edək ki, ötən gün Brüssel aeroportu və metrosunda baş vermiş silsilə terror aktları nəticəsində 32 nəfər ölüb, 270 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Artıq iki terrorçunun kimliyi müəyyən edilib. Bunlar İbrahim və Xalid Əl-Bakrauidirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti